News Release

İsa Məsihin Kilsəsi Azərbaycanda ilk dəfə “Fərqliliyin rəngi” Dinlərarası tədbirində iştirak etdi

Festivalda otuz üç dini qrup təmsil olunmuşdu

İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi ilk dəfə olaraq 5 noyabr 2025-ci ildə Bakı Ekspo Mərkəzində keçirilən “Fərqliliyin rəngi” Festivalında iştirak etdi. Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbir “Konstitusiya və Müstəqillik İli” mövzusu altında ölkənin müxtəlif bölgələrindən 33 dini icma nümayəndələrini bir araya gətirdi.

Avropa Mərkəzi Bölgəsinin Prezidenti Elder Rubén V. Alliaud tədbirdə nümayəndə heyətinə rəhbərlik etdi və hökumət rəsmiləri, dinlərarası liderlər və digər yüksək vəzifəli şəxslərlə görüşdü. Elder Alliaud dedi: “Müxtəlif inanclara sahib dostlarımızla birlikdə müxtəlifliyin gözəlliyini və bizi Allahın övladları kimi birləşdirən ortaq dəyərləri qeyd etməkdən şərəf duyuruq. Azərbaycanın dinlərarası harmoniyası bir nümunə olaraq dünyaya ilham verir. Bu möhtəşəm ölkədə dostluğumuzu və xidmətimizi davam etdirməyi səbirsizliklə gözləyirik.

Festival Azərbaycanının uzunmüddətli dini dözümlülük və mədəni harmoniyaya əsaslanan ənənələrini qeyd edir. Proqrama dini icmalardan sərgilər, musiqi və mədəni tədbirlər, eləcə də birgə dini mərasim daxil idi.

Festival dini icmaların stendlərinə təqdimatla başladı və bunun ardınca Azərbaycan Dövlət Himni səsləndirilən rəsmi açılış mərasimi və Azərbaycanın tolerantlıq ənənələrinə dair video təqdimat keçirildi.

Azərbaycanın müxtəlif dini qrupları və onların rəhbərlərinin iştirakı ilə mədəniyyət tədbirləri və təqdimatlar da proqramın bir hissəsi idi və proqram birgə dua mərasimi və iştirakçıların qrup şəkli ilə başa çatdı.

Kilsənin Türk və Fars dilində xidmət göstərən Missiyasına rəhbərlik edən Prezident Peter Huber, Festivalın sonunda digər on bir dini liderlə birlikdə dua etmək üçün seçildi. O, “Bu dünyanın bu hissəsindəki bütün Tanrı uşaqlarının rifahı üçün dua etdim ki, onlar vicdan və inancına uyğun olaraq Tanrıya ibadət etmə azadlığından zövq almağa davam etsinlər”, deyə ifadə etdi.

Kilsənin festivaldakı iştirakı başqa bir tarixi mərhələdən əvvəl gəlir; 13 noyabr 2025-ci il tarixində Bakıda Kilsənin ilk yığıncağ evinin açılışı planlaşdırılır. Bu hadisə Kilsənin Qafqaz bölgəsində artan mövcudluğunda əhəmiyyətli bir addımı nümayiş etdirir və onun hər yerdə iman, ailə və icmaya dəstək vermək öhdəliyini vurğulayır.

Hökumət rəsmiləri, dini nümayəndələr və digər nüfuzlu şəxslər bu əlamətdar tədbirdə iştirak edəcəklər. Axşam saatlarında isə Kilsənin üzvlərini və dostlarını qarşılamaq üçün hazırlandığı bir açıq ev tədbiri keçiriləcək. Binanın rəsmi həsr edilməsi Kilsənin yüksək vəzifəli bir lideri tərəfindən həyata keçiriləcək.