News Release

Elder Gary E. Stevenson Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumunda çıxış edəcək

On İki Həvari Kvorumunun üzvü Elder Gary E. Stevenson 2026-cı il oktyabrın 22-dən 31-dək Mərkəzi Avropa Regionuna səfəri çərçivəsində Yetmişlər Rəhbərliyinin üzvü Elder Benjamin Tai və Mərkəzi Avropa Regionunun prezidenti Elder Jack Gerard ilə birlikdə Mərkəzi Asiyaya səfər edəcək. Onlar Azərbaycan və Özbəkistanda dövlət rəsmiləri ilə görüşəcək, həmçinin Kilsənin regionda həyata keçirdiyi humanitar fəaliyyətlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanda Bakıda Elder Stevenson və Elder Gerard “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edəcəklər. Forum müxtəlif mədəniyyətlər və dinlərə mənsub insanlar arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və sülhün möhkəmləndirilməsində dialoqun rolunu araşdırmaq məqsədilə beynəlxalq liderləri bir araya gətirir. Onların bu forumda iştirakı Kilsənin regionda həyata keçirdiyi fəaliyyətlərin davamıdır. Bu fəaliyyətlərə Elder David A. Bednarın 2025-ci ilin noyabrında baş tutan səfəri də daxildir. Həmin səfər zamanı o, Özbəkistan və Azərbaycanda dövlət rəhbərləri ilə görüşmüş və Bakıda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk ibadət binasını təqdis etmişdir.

ee5cd7bj7zfu1a0qhdhot7u3uhdcevy26m69lyit.pngDOWNLOAD

Elder Stevenson həmçinin Mərkəzi Avropa Regionu boyunca İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin dostları, üzvləri və yerli rəhbərlərinə ruhani xidmət göstərəcək. Onun xidməti ibadət, xidmət və ömürboyu şagirdlik vasitəsilə İsa Məsihə olan imanın möhkəmləndirilməsinə yönələcək. O, Məbəd Rəhbərləri Seminarında və Missiya Rəhbərləri Seminarında iştirak edəcək, həmçinin Fransanın Paris şəhərində keçiriləcək xüsusi pay konfransına sədrlik edəcək.